Bacısını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Bacısını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Bacısını qətlə yetirən şəxsə HÖKM OXUNDU

237800

Gəncədə bacısı Səbinə Abbasovanı qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 19 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2023-cü ilin noyabrın 2-də baş verib. İttihama görə, Hüseyn Abbasov bacısı Səbinə Abbasovaya müğənniliklə məşğul olmağa son qoymağı tələb edib. Bundan sonra H.Abbasov S.Abbasovanın yaşadığı ünvana gələrək onu qətlə yetirirdiyi bildirilir.

Proses iştirakçılarının sözlərinə görə, təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunub.

Hüseyn Abbasov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham edilib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO