Şiddətli töhmət alan şəxsi nə GÖZLƏYİR? – HÜQUQİ İZAH

Şiddətli töhmət alan şəxsi nə GÖZLƏYİR? – HÜQUQİ İZAH

Hazırda oxunan: Şiddətli töhmət alan şəxsi nə GÖZLƏYİR? – HÜQUQİ İZAH

237773

Xəbər verdiyimiz kimi ötən gün Respublika Prezidenti İlham Əliyev tərəfindən Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilib.

Sərəncamda Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edildiyi bildirilib.

Bəs şiddətli töhmət nədir və bu tənbehi alanları nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, Əmək Məcəlləsində intizam tənbehləri nəzərdə tutulub:

“İşçinin yol verdiyi nöqsana, pozuntuya görə qanunvericilikdə müəyyən cəza tədbirləri var. Bunlar xəbərdarlıq, töhmət, şiddətli töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmətdir. Bütün bunlar ona görədir ki, işçi öz nöqsanlarından nəticə çıxartsın. Digər tərəfdənsə işçinin işdən çıxarılmasına hüquqi əsaslar yaradılır.

Bilirsiniz ki, bəzi hallarda işdən çıxan şəxs sonradan müəssisə rəhbərini məhkəməyə verir. Bu kimi xoşagəlməz hallarla rastlaşmamaq üçün rəhbər işçiyə qarşı müəyyən intizam tənbehi görür. Görülən tədbirlər də işçiyə həm maddi, həm mənəvi ziyan vurur. Yəni, töhmət alan şəxs ən azı mükafatlardan və karyera yüksəlişindən məhrum olur”.

Müsahibimiz Fuad Nağıyevə verilən şiddətli töhmətdən də danışıb:

“Bu o deməkdir ki, Dövlət başçısı Fuad Nağıyevə xəbərdarlıq edib ki, sənin işindən razı deyiləm, nəticə çıxart. Şiddətli töhmət son qərardan əvvəlki addımdır. Ona görə də dünənki hadisə Fuad Nağıyev üçün sonuncu xəbərdarlıqdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO