Müdafiə Nazirliyindən Gorandakı partlayış səsləri ilə bağlı MÜRACİƏT

Müdafiə Nazirliyindən Gorandakı partlayış səsləri ilə bağlı MÜRACİƏT

Hazırda oxunan: Müdafiə Nazirliyindən Gorandakı partlayış səsləri ilə bağlı MÜRACİƏT

237768

Goran Təlim Mərkəzində martın 5-də saat 13:00-dan 17:00-dək yararsız döyüş sursatları məhv ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO