DİQQƏT! Ali məktəblərə və kolleclərə sənəd qəbulu BAŞA ÇATIR

DİQQƏT! Ali məktəblərə və kolleclərə sənəd qəbulu BAŞA ÇATIR

Hazırda oxunan: DİQQƏT! Ali məktəblərə və kolleclərə sənəd qəbulu BAŞA ÇATIR

237759

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbul müddəti bu gün 23:59-da yekunlaşacaq.

Bizim.Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
 

Məlumata görə, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak ediblər.


Ərizə qəbulundə iştirak edənlərin sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Qeyd edək ki, ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ali təhsil müəssisələrinə ərizə qəbulu ilə bağlı ətraflı məlumatla elanın geniş mətnində tanış ola bilərsiniz.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə buradan, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə isə buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər bu gün saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO