Bakının Üzeyir Hacıbəyli küçəsində 5 mart 2025-ci il tarixində yol hərəkətində dəyişiklik ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər.
"Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılacaqdır. Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir", - məlumatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:28 / 05.03.2025
Sürücülərin nəzərinə: Bu yolda dəyişiklik ediləcək - FOTO
Hazırda oxunan: Sürücülərin nəzərinə: Bu yolda dəyişiklik ediləcək - FOTO
Hazırda oxunan: Sürücülərin nəzərinə: Bu yolda dəyişiklik ediləcək - FOTO
237735
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.