İki gündür ölkədə “Azercell”ə bağlı olan “Asan imza” ların sisteminin çökdüyünü xəbər vermişdik. Belə ki, nə “Asan imza” şəxsi kabinetə daxil olmaq, nə də “Asan login”də “Asan imza”dan istifadə edərək xidmətlərə giriş mümkün idi. Hətta sistem dayandığı üçün bankların, “Dövlət Vergi Xidməti”nin, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”nin elektron xidmətlərindən də istifadə etmək olmurdu.
“Azercell”mobil operatorundan Bizim.Media-ya verilən açıqlamada bildirilib ki, "Asan İmza"nın tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilib:
“Məlumat üçün bildiririk ki, “Asan İmza” xidmətində bəzi əməliyyatların keçməsində müəyyən gecikmələr müşahidə olunurdu. Tərəfimizdən xidmətin fəaliyyətini təmin edən aidiyyəti qurumlar, tərəfdaş və xidmət təchizatçıları ilə dərhal əlaqə saxlanılıb. Görülmüş zəruri tədbirlər nəticəsində hazırda xidmətdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilib”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:10 / 04.03.2025
“Asan imza”ilə bağlı "Azercell”dən AÇIQLAMA
Hazırda oxunan: “Asan imza”ilə bağlı "Azercell”dən AÇIQLAMA
Hazırda oxunan: “Asan imza”ilə bağlı "Azercell”dən AÇIQLAMA
237660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.