Makiyaj etmək orucu POZUR?

Makiyaj etmək orucu POZUR?

Hazırda oxunan: Makiyaj etmək orucu POZUR?

237633

Artıq 4 gündür ki, Azərbaycanda 11 ayın sultanı olan Ramazan ayı başlayıb. Bu ay Hicri təqviminin 9-cu ayı, həmçinin, İslam dininə görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı aydır. Müsəlmalar Ramazan ayında oruc tuturlar. Oruc tutmağın özünəməxsus qaydaları var. Belə ki, oruc tutan şəxs orucunun pozulmaması üçün bəzi əməllərdən uzaq durmalıdır.

Bəzən isə bu əməllərlə bağlı müxtəlif fikirlər səslənir. Hətta bunların arasında qadının oruc tutarkən makiyaj, üz baxımı etməsinin də günah olduğunu deyənlər var.

Mövzu ilə bağlı Bizim.Media-ya mövzu ilə bağlı danışan ilahiyyatçı Tural İrfan bildirib ki, krem və ya hansısa makiyaj kimi vasitələr orucu pozmur:

“Bu, insanları yanıltmaq üçün cahil adamların uydurduğu yanlışlardır. Orucu pozan əməllər məlumdur. Bunlar yemək, içmək, intim münasibət və qəsdən qusmaqdır. Yuyunmaq, bədənə krem çəkmək, makiyaj etmək oruca xələl gətirmir, çünki qidalandırıcı deyil”.

İlahiyyatçı orucu pozan əməllərlə bağlı digər məqamlardan da danışıb.

 “Oruc zamanı sadəcə bədəni, qidalandıran, aclığı dəf edən işlər etmək olmaz. Başı hovuz, dəniz, göl kimi sulara tam salmaq ehtiyata görə orucu poza bilən işlərdən sayılır və mümkün qədər çəkinmək gərəkdir. Lakin bilmədən boğaza su qaçarsa, eybi yoxdur. Ümumiyyətlə, bilmədən orucu pozan işlər meydana gəlsə, oruc pozulmur. Tutaq ki, bilmədən yesə, içsə yaxud digər əməlləri etsə, oruc pozulmur. Qatı tüstü, toz mümkün qədər olmaz. Siqaret çəkmək də oruca xələl gətirir. Sübh azanına qədər heyz, cünub və nifaslı halda qalmaq da  orucu pozur”.

Müsahibimiz sonda vurğulayıb ki, oruc tutarkən  sərt ətirlərdən istifadə etməkdən çəkinmək lazımdır.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO