Siqaret çəkənlərə BƏD XƏBƏR

Siqaret çəkənlərə BƏD XƏBƏR

Hazırda oxunan: Siqaret çəkənlərə BƏD XƏBƏR

237629

Martın 3-dən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb.

Aparılan araşdırmalar nəticəsində topdansatış həyata keçirən şirkətlər məlumatı təsdiqləyib. Onlar bununla bağlı pərakəndə siqaret satışını həyata keçirən şirkətlər də məlumatlandırılıb. Belə ki, “LD”, “Winston” və “Sobranie” (bir neçə çeşidinin) qiyməti 0,20 qəpik bahalaşıb.

“Kent” markalı siqaretlərin də bahalaşacağı gözlənilir.

Bəs, bu bahalaşmanın səbəbi nədir?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, siqaretin qiymətinin artmasının yeganə səbəbi aksiz dərəcələrinin və verginin artmasıdır:

“Bizdə 6-7 aydan bir tütün məmulatlarına tətbiq olunan aksiz və vergi dərəcələri artırılır. Bu artımlar da təbii ki, bazardakı qiymətlərə təsirsiz qalmır. Bildiyimiz kimi tütün məmulatlarının qiymətləri dövlət tərəfindən tənzimlənmir. Amma aksiz və vergi dərəcələri yolu ilə qiymətlərə təsir mexanizmi yaradılır. Bu strategiya ondan ibarətdir ki, siqaret nə qədər baha olarsa, bir o qədər də insan siqareti atıb, sağlam həyat tərzini seçər”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO