Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE

Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE

Hazırda oxunan: Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE

237610

Xəbər verdiyimiz kimi, Saməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Bizim.Media Saməddin Əsədovun dosyesini təqdim edir:

Saməddin Fəxrəddin oğlu Əsədov 5 iyun 1985-ci ildə Bakı şəhərində anadan olub.

O, 2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2008-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistr dərəcəsini bitirib.

S.Əsədov 2013-cü ildə ADA universitetinin "Executive Education" və "Maastricht School of Management" Strateji İdarəetmə üzrə ixtisasartırma proqramının məzunu olub. 2020-ci ildən təhsilini ADA universitetində "Executive Education" və "Duke University’s Fuqua School of Business-in Adaptive Strategic Execution Program" üzrə təhsilini davam etdirib.

Saməddin Əsədov 2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışıb.

O, 2011-2014-cü illərdə "Azərkosmos"da müxtəlif vəzifələrdə işləyib. 2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO