Tədbirə “şortik”lə qatıldı, gündəm oldu – VİDEO

Tədbirə “şortik”lə qatıldı, gündəm oldu – VİDEO

Hazırda oxunan: Tədbirə “şortik”lə qatıldı, gündəm oldu – VİDEO

237607

Amerikalı aktyor Adam Sendler ötən gün keçirilən 97-ci “Oskar” mükafatlandırma mərasiminə “şortik”lə qatılıb.

Bizim.Media xəbər verir ki, onun bu tərzi sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub.

Tədbirin “dress-kod” tələbinə baxmayaraq, Adam qalstuk və kosyum əvəzinə mavi kapüşon, idman şortu və idman ayaqqabısında gəlib.

Bu, həm tamaşaçıların, həm də “Oskar”ın aparıcısı, komediya ustası Konan O'Brayenin diqqətini çəkib. O, səhnədən birbaşa Sandlerə müraciət edib.

Belə ki, mükafatlandırma zamanı aparıcı Konan O'Brayen çıxışını saxlayaraq Sendlerə səslənib. O, 58 yaşlı aktyorun geyiminin məkan üçün uyğun olmadığını bildirib.

Adam Sendler isə ayağa qalxaraq yüksək səslə bu sözləri deyib:

“Siz mənim geyimimi gündəmə gətirənə qədər heç kim nə geyindiyim barədə düşünmədi. Mən belə görünməyi xoşlayıram. Nə geyinib-geyinmədiyim sizi maraqlandırmır. İdman stilim sizi o qədər narahat etdi ki, dostlarımın qarşısında mənimlə lağ etdiniz!”

Daha sonra o, tamaşaçıların narazılığına görə mərasimi tərk etməli olub.

Sözügedən görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO