Bu gündən “Azerbaijan Ground Service” MMC “Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edir.
Bizim.Media bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadən xəbər verir.
Məlumata görə, məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir. İstifadəyə verilən məkandan sərnişinlərin əsasən Cənub və Qərb bölgələrinə səfərləri təmin ediləcək.
Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.
Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.
İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchiz edilən ərazidə sərnişinlər üçün rahat gözləmə zalları, dayanacaqlar və iaşə obyektləri yaradılıb. Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edəcək.
Xatırladaq ki, “Abşeron” Ticarət Mərkəzi Lökbatan qəsəbəsində, Xocasən yolu-57 ünvanında yerləşir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:03 / 04.03.2025
Bakının bu ərazisində avtovağzal fəaliyyətə başladı - FOTO
Hazırda oxunan: Bakının bu ərazisində avtovağzal fəaliyyətə başladı - FOTO
Hazırda oxunan: Bakının bu ərazisində avtovağzal fəaliyyətə başladı - FOTO
237597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.