Xaricdən gətirilən texniki yağlardan qida sektorunda istifadə edirlər – ŞOK İDDİA

Xaricdən gətirilən texniki yağlardan qida sektorunda istifadə edirlər – ŞOK İDDİA

Hazırda oxunan: Xaricdən gətirilən texniki yağlardan qida sektorunda istifadə edirlər – ŞOK İDDİA

237596

Dövlət Statistika Komitəsinin məlumatına görə 2024-cü ildə Azərbaycana 81 milyon 932 min ABŞ dolları dəyərində 64 min 560 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

2023-cü illə müqayisədə bu göstərici həcm ifadəsində 18 min 989 ton və ya 41,7%, dəyər ifadəsində isə 29 milyon 589 min ABŞ dolları və ya 56,5% artıb. 2023-cü ildə Azərbaycana 52 milyon 342 min ABŞ dolları dəyərində 45 min 570 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilmişdi.

Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti 2.16 manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 qəpik və ya 10,5% artqıdır. 2023-cü ildə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti 1,95 manat idi.

Hesabat dövründə Azərbaycana Malaziyadan 23 min 896 ton, İndoneziyadan isə 40 min 663.5 ton palma yağı idxal edilib.

Bəs, idxal edilən palma yağları hansı sahələrdə istifadə olunur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov palma yağı əsasən müsəlman ölkələrində - Malayziya və İndoneziyada istehsal olunduğunu bildirib:

“Bu yağ çox ucuz başa gəlir. Ona görə də bu yağa maraq böyükdür. Dünya bazarında duru yağ kimi palma yağları ciddi rəqabət yaradır. Ona görə də bu yağa qarşı münasibət birmənal deyil.

Nəzərə alaq ki, palmadan iki cür yağ alınır. Palmanın lətindən hazırlanan yağlar çox keyfiyyətlidir və insan sağlamlığı üçün xeyirlidir. Lakin palmanın toxumundan hazırlanan yağlar texniki sahədə, xüsusən də parfimeriyada istifadə edilir.

Amma bəzi işbazlar texniki yağdan qida sektorunda istifadə edirlər.

Bir daha deyirəm ki, lətdən hazırlanan palma yağları çox xeyirlidir. Təsadüfi deyil ki, Malayziyada orta insan ömrü bir çox ölkələrdən və Azərbaycandan yuxarıdır. Bu da keyfiyyətli palma yağının hikmətidir. Azərbaycana da gətirilən palma yağlarının həcmi ilbəil artır. Çox təəssüf ki, gətirilən yağların keyfiyyəti və istifadə sahələri  barədə heç bir məlumat verilmir. Ona görə də insanlarda bu haqlı narazılıq və narahatlıq doğurur.

Ölkəyə gətirilən yağların bir çoxunun tərkibi məlum deyil. Bir çox yağların üzərinə sadəcə “bitki yağı” yazılıb. Ehtimal edirik ki, bu yağlar məhz palma yağlarıdır. Bir daha qeyd edirəm ki, texniki sahələr üçün hazırlanan palma yağlarının qida sektorunda istifadəsi yolverilməzdir. Ona görə də AQTA bu məsələyə diqqəti artırmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO