Bakıda DƏHŞƏTLİ QƏZA – Mopedi vurub, sürücüsünün üstündən KEÇDİ – ANBAAN VİDEO

Bakıda DƏHŞƏTLİ QƏZA – Mopedi vurub, sürücüsünün üstündən KEÇDİ – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda DƏHŞƏTLİ QƏZA – Mopedi vurub, sürücüsünün üstündən KEÇDİ – ANBAAN VİDEO

237594

"Bir sürücünün məsuliyyətsizliyi, qaydalara əməl etməməsi ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsinə, yollarda sıxlıqların yaranmasına səbəb olur".

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sektor müdiri Ömər Xıdırov bildirib.

Onun sözlərinə görə, xüsusulə svetoforun qırmızı işığından keçən bəzi sürücülərin 1-2 saniyə irəli düşmək istəyi özlərinin və digər hərəkət iştirakçılarının həyatına risk yaradır:

"Bakıda müxtəlif vaxtlarda baş verən qəzalara diqqət yetirdikdə görürük ki, istər minik avtomobilinin, istərsə də motosikletin sürücüsü svetoforun qadağanedici siqanalını heçə sayır və yolu gəldiyi sürətlə də keçir. Svetoforun qırımızı işığından keçməyin təhlükəli olması, bunun acı nəticələri ilə bağlı bir neçə dəfə videoməlumat paylaşmışıq.

Ancaq təəssüflər olsun ki, bəzi sürücülər nədənsə svetoforların qırmızı işığından keçməyin nə qədər təhlükəli olduğunun fərqində deyillər. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi diqqətə çatdırırıq ki, svetoforun qırmızı işığından keçmək ağır fəsadlara səbəb ola bilər.Buna görə də svetofora yaxınlaşdıqda sürəti azaltmalı, lazım olan təhlükəsizlik tədbirləri görməli və siqnalların tələblərinə riayət olunmalıdır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO