FACİƏ - Şəhidimizin ana və atası dəm qazından vəfat etdi

FACİƏ - Şəhidimizin ana və atası dəm qazından vəfat etdi

Hazırda oxunan: FACİƏ - Şəhidimizin ana və atası dəm qazından vəfat etdi

237555

Bu gün axşam saatlarında Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni dəm qazından vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

Hadisə Maştağa qəsəbəsində baş verib. Məcnun Ağayev və Gülnaz Ağayevanın dəfn mərasimi sabah Maştağada baş tutacaq.

Qeyd edək ki, Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-də Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb.

2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin  azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO