Yatmazdan əvvəl çox su içməyin! - ZƏRƏRLİDİR

Yatmazdan əvvəl çox su içməyin! - ZƏRƏRLİDİR

Hazırda oxunan: Yatmazdan əvvəl çox su içməyin! - ZƏRƏRLİDİR

237533

Yatmazdan əvvəl çoxlu miqdarda maye içmək ertəsi gün oyanma və yorğunluq səbəbindən yuxu strukturunun pozulmasına gətirib çıxarır.

Bizim.Media xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin Vidnovski Klinik Xəstəxanasının rəhbəri Zarema Ten açıqlama yayıb.

Həkim qeyd edib ki, ürək-damar və ya sidik kisəsində problemləri olan insanlar üçün axşam çox maye içmək bədəndə şişlik və ya əlavə stress yarada bilər.

Eyni zamanda, gecə yuxusundan əvvəl az miqdarda maye qəbulunun faydalı olduğu da qeyd edilib:
 

“Bu yolla gecə susuzluğun qarşısını almaq olar. Az miqdarda maye qəbulu xüsusilə isti və ya quru otaqda yatarkən faydalıdır. Həmçinin, az miqdarda su bəzən yatmazdan əvvəl sakitləşməyə kömək edə bilər”.


Yuxu keyfiyyətinin yaxşılaşdırılması texnologiyaları üzrə ixtisaslaşan “Simba” şirkəti gün ərzində 7 saatdan az yatan insanın xarici görünüşündə nə baş verdiyini öyrənmək üçün süni intellektdən istifadə edib. Tədqiqat nəticəsində şirkət Britaniyada 2175 nəfər arasında sorğu keçirib. Səslənən şikayətlər arasında dırnaqların kövrəkliyi, dərinin həssaslığının artması, rəngin solğunluğu, həmçinin artıq çəki və şişkinlik problemləri qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO