Erməni sürücünün idarə etdiyi avtomobil Qazaxla sərhəddə Tavuş bölgəsində çaya yuvarlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.
Mənbə bildirir ki, avtomobilin çaya düşməsi barədə mesaj nazirliyə iyunun 6-da saat 16:45 radələrində daxil olub.
Hadisə İcevan-İrəvan yolunun 11-ci km-də meydana gəlib. Avtomobilin Ağstafa çayına yuvarlandığı deyilir.
Xilasedicilərdən ibarət qrup həmin yerə yola düşüb.
Shamshyan.com yazır ki, VAZ-2109 avtomobili 5 metr hündürlükdən çaya düşəndən sonra çevrilib. Sürücü və sərnişin Dilicanın tibb mərkəzinə aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:16 / 06.06.2021
Avtomobil 5 metr hündürlükdən Ağstafa çayına düşdü
Hazırda oxunan: Avtomobil 5 metr hündürlükdən Ağstafa çayına düşdü
Hazırda oxunan: Avtomobil 5 metr hündürlükdən Ağstafa çayına düşdü
23752
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.