İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını TƏSDİQLƏDİ - FOTO

İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını TƏSDİQLƏDİ - FOTO

Hazırda oxunan: İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını TƏSDİQLƏDİ - FOTO

237498

Sabunçunun icra başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərlinin (Vəliyev) vəkili müdafiə etdiyi şəxsin avtomobil kolleksiyası ilə bağlı məsələyə münasibət bildirib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Ənvər Ənvərlinin vəkili Adil Vəliyevin oğlunun biznes fəaliyyətinin olduğunu və qeyd olunan faktları təsdiqləyib:

“Sizin sorğunuza əsasən, barəsində öyrənmək istədiyiniz şəxsin nümayəndəsi və vəkili olaraq sorğunuza cavab verməklə yanaşı, qarşı tərəf olaraq biz də sizin xəbər redaksiyanıza öz suallarımızı ünvanlayırıq.

İlk öncə qeyd etmək istəyirəm ki, irəli sürdüyünüz uzun və əsassız iddialar verdiyiniz suallarla ziddiyət təşkil edir. Bildirirəm ki, dövlətin qayda-qanunları çərçivəsində fəaliyyət göstərən və 15 ildən artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir zəhmətkeş şəxsin lüks avtomobillərə və xüsusi dövlət qeydiyyat nişanlarına sahib olması tamamilə təbii haldır. 

Bundan əlavə, sahibkarlıq fəaliyyəti müddətində daim dövlətin vergilərini ödəyən, qanunlara riayət edən və hüquqlarını bilən bir şəxs heç bir halda hər hansı ərazini qanunsuz şəkildə zəbt etməz və edə də bilməz. 

Qanunsuz qaraj zəbti ilə bağlı irəli sürülən iddialara gəlincə, bu iddianı səsləndirən şəxslərin kimliyi bizə məlum deyil. Əgər tərəfinizdən bu iddiaları irəli sürən şəxslər barədə məlumat təqdim olunarsa, həmin şəxslərin böhtan xarakterli məlumatların yayılmasına cəhd etdiklərinə görə məhkəmə və aidiyyəti qurumlara qanun çərçivəsində təcili qaydada şikayət ediləcəkdir. Bu səbəbdən də irəli sürülən iddiaların heç bir hüquqi əsası yoxdur.

Xüsusilə vurğulamaq istərdim ki, fərdi sahibkarlıqla məşğul olan şəxsin yaxın qohumlarının dövlətin hər hansı qurumunda çalışması həmin sahibkarın problemi sayılmamaqla yanaşı, onun məsuliyyət daşıdığı bir məsələ deyil və ona heç bir əlavə imtiyaz qazandırmır. Hər bir şəxs müstəqildir və yalnız öz fəaliyyətinə görə cavabdehdir.

Sorğunuzun digər hissəsinə gəldikdə isə, adıçəkilən MTK ilə bağlı qeyd etməliyəm ki, vəkili olduğum şəxsin artıq həmin MTK-ya heç bir aidiyyəti yoxdur. Sözügedən MTK iki il əvvəl digər şəxslərə satılmışdır. 

Sorğunuzun əsas mahiyyəti MTK ilə bağlı olduğu üçün, müvafiq suallara cavab almaq məqsədilə birbaşa MTK rəhbərliyinə müraciət etməyinizi tövsiyə edirik.

Məlumat üçün bildirirəm ki, vəkili olduğum şəxs “Efendiler” şirkətlər qrupunun sahibidir və şirkətin baş ofisi qeyd etdiyiniz S.Mehmandarov küçəsində yerləşir. Ofisimizdə kifayət qədər əməkdaş fəaliyyət göstərir və onların da nəqliyyat vasitələri mövcuddur.


Kompleksə aidiyyəti olmayan yan küçədə “dayanma-durma qadağandır” nişanının qoyulması bizim əməkdaşlarımız üçün də parklanma məsələsində müəyyən çətinliklər yaratmışdır. Bununla belə, kompleksin qarşısında dövlətə məxsus ödənişli dayanacaq mövcuddur və əməkdaşlarımız məhz həmin dayanacaqdan istifadə edirlər.

Bundan əlavə, AYNA-nın rəsmi açıqlamasına əsasən, bina sakinləri müraciət edərək əraziyə yaxın parklanma sahələrində ödənişsiz fərdi parklanma talonu əldə edə bilərlər. Eləcə də baş ofisimizin heç bir əməkdaşı kompleksin qadağan olunmuş ərazilərində avtomobil park etmir və bu, mümkün də deyil.

MTK-nın yeni rəhbərliyi ilə parklanma məsələsi müzakirə edilərkən, onların bildirdiyinə görə, kompleksin sakinləri həyət daxilində avtomobil saxlanılmasına qəti şəkildə qarşıdırlar. Həmin ərazi yalnız sakinlərin və azyaşlıların asudə vaxt keçirməsi üçün nəzərdə tutulub.

Qarajın qiymətləri ilə bağlı verdiyiniz suala gəlincə, qeyd edilən MTK-da sahibkarlıq fəaliyyətimiz dövründə bir çox yeraltı qaraj müxtəlif şəxslərə və sakinlərə satılmışdır. 

Hal-hazırda isə qarajların mövcudluğu və qiymətləri ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Bu səbəbdən, dəqiq informasiya əldə etmək üçün birbaşa MTK-nın hazırkı rəhbərliyinə müraciət etməyinizi tövsiyə edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO