Aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər SAXLANILDI - FOTO

Aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər SAXLANILDI - FOTO

Hazırda oxunan: Aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər SAXLANILDI - FOTO

237493

Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Bu istiqamətdə Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində 32 yaşlı Azər Bəxtiyarbəyli, 25 yaşlı Rəhman Durmışev və 27 yaşlı Emin Əsgərov saxlanılıblar.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saxlanılanların aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərməklə yanaşı, narkotik vasitə istifadəçiləri olduqları da müəyyən edilib.
 

R.Durmışevin üzərində narkotik vasitələr aşkarlandığı üçün faktla bağlı cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Digər iki şəxslə bağlı isə araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO