Səhiyyə Nazirliyindən saxta botokslarla bağlı XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən saxta botokslarla bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Səhiyyə Nazirliyindən saxta botokslarla bağlı XƏBƏRDARLIQ

237479

İlk dəfə tibbi göstərişlə göz tənbəlliyi və boyun dostinasiyasının müalicəsində tətbiq edilən botoks daha sonra estetika məqsədilə istifadə edilib. Hazırda botoks daha çox qaş çatmalarından və digər mimikalardan üzdə yaranan qırışları düzəltmək, həmçinin tərləmənin qarşısını almaq üçün tətbiq edilir.

Botoks nədir?

Botoks Clostridium Botulinum adlı bakteriyalardan əldə edilir. Botoks vurulduğu nahiyəyə təsir edir və sinir uclarında ötürülməni təmin edən maddələrin buraxılmasının qarşısını alır. O, həmçinin sinirlər, əzələlər və ya tər vəziləri arasında elektrik ötürülməsini müvəqqəti dayandırır. Bu da üzdəki qırışların müəyyən müddət ərzində yox olmasına səbəb olur.

Bəs hansı fəsadları var?

Botoksun düzgün nahiyələrə tətbiq edilməməsi üzdə bir sıra qüsurlara səbəb olur. Üzdəki simmetriyanın itməsi, göyərmə və şişkinliyin yaranmasına gətirib çıxarır. Sadalanan bəzi əlamətlər 10-14 gün ərzində yoxa çıxsa da botoksdan zəhərlənmə daha böyük fəsadlara yol aça bilər. Həkimlərin bildirdiyinə görə, kosmetik və tibbi məqsədlə istifadə edilən botoks botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər.

Botoksdan zəhərlənmə

Ötən həftə Ləman Məhərrəmova adlı şikayətçi bacısının botoks prosedurundan sonra vəziyyətinin pisləşdiyini və reanimasiyaya yerləşdirildiyini bildirib. Müayinələrdən sonra onun botulizmə yoluxduğu məlum olub. Bundan başqa, Kliniki Tibbi Mərkəzin yaydığı məlumata görə, fevral ayında tibb müəssisəsinə zəhərlənmə səbəbindən müraciət edən 91 nəfərin 3-ü botulizmdən zəhərlənən şəxslərdir.

Azərbaycanda botoks proseduru üçün hansı preparatlardan istifadə olunur?

Azərbaycanda bir neçə ölkənin istehsalı olan bu vasitələrdən istifadə olunur. Botulotoksin preparatları Clostridium botulinum bakteriyalarından alınır və tərkibi A tipli neyrotoksindən və başqa zülallardan ibarətdir. Tərkib eyni olsa da bəzən istehsalçı ölkə və kosmetoloqun özünün müəyyən etdiyi qiymət baxımından qiymətdə müəyyən fərq yaranır.

Botoks üçün lazım olan preparatların keyfiyyəti necə yoxlanılır? Ölkəyə gətirilən bütün belə məhsullar istifadəyə uyğundurmu?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçən, botoks üçün lazım olan dərman vasitələri istehsalçı tərəfindən qeydiyyat proseduru zamanı təqdim edilən normativ sənədlərlə müqayisəli şəkildə yoxlanılır.

“Qeydiyyatı mövcud olan, rəsmi şəkildə ölkəyə idxal edilən botulotoksin tərkibli dərman vasitələri saxlanma şəraitinə və yararlıq müddətinə riayət olunmaqla istifadə edilə bilər, - məlumatda qeyd olunub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO