Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə çağırış edib.
Bizim.Media xəbər verir ki, çağırışda bildirilib:
“8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir. Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:37 / 03.03.2025
Nazirlikdən 8 Martla bağlı ÇAĞIRIŞ: “Yolverilməzdir!”
Hazırda oxunan: Nazirlikdən 8 Martla bağlı ÇAĞIRIŞ: “Yolverilməzdir!”
Hazırda oxunan: Nazirlikdən 8 Martla bağlı ÇAĞIRIŞ: “Yolverilməzdir!”
237466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.