Məhkəmə CƏRİMƏLƏDİ, qərarı isə nazirlik verəcək

Məhkəmə CƏRİMƏLƏDİ, qərarı isə nazirlik verəcək

Hazırda oxunan: Məhkəmə CƏRİMƏLƏDİ, qərarı isə nazirlik verəcək

237448

Bakının Yasamal Rayon Məhkəməsində qalmaqallı “Laser Beauty Estetik Klinika”sı ilə bağlı məsələyə baxılıb.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, estetik klinika 8000 manat cərimələnib.

“Laser Beauty Estetik Klinika”sının lisenziyasının ləğv olunması məsələsinə isə baxılmayıb. Bildirilib ki, bununla bağlı İqtisadiyyat Nazirliyi qərar verəcək.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yanvarın 22-dən 23-dək klinikada yoxlamalar aparılıb, müəssisənin lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti göstərilməsi aşkar olunub.

Müəssisədə yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Həmçinin, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.

Fevralın 14-də Səhiyyə Nazirliyi “Lazer Beauty Klinikası”nın lisenziyasının dayandırılması ilə bağlı İqtisadiyyat Nazirliyinə məktub göndərib. Eyni zamanda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO