Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Bərdə Rayon Mərkəzi Xəstəxanasında baş verən hadisənin videosunu yayıb.
Bizim.Media xəbər verir ki, hadisə zamanı aqonal vəziyyətdə xəstəxananın Təcili tibbi yardım şöbəsinə çatdırılan 1961-ci il təvəllüdlü şəxsin ürəyinin dayandığı müşahidə edilib.
Həyati təhlükəni ortadan qaldırmaq üçün həkimlər dərhal ilkin tibbi yardıma başlayıblar. Təcili tibbi yardım şöbəsinin iki həkimi – Vüsal Rüstəmli və Pərviz Əlizadə növbəli şəkildə fasiləsiz ürək masajı ediblər. Hər keçən dəqiqə həyati təhlükəli olsa da, onlar xəstəni həyata qaytara biliblər. Təxminən 10 dəqiqədən artıq davam edən bu mübarizə nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa edilib.
Kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu ilə tibb müəssisənin Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti hazırda ağır stabil qiymətləndirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:28 / 03.03.2025
Bərdədə həkimlər ürəyi dayanan xəstəni həyata belə qaytardılar – VİDEO
Hazırda oxunan: Bərdədə həkimlər ürəyi dayanan xəstəni həyata belə qaytardılar – VİDEO
Hazırda oxunan: Bərdədə həkimlər ürəyi dayanan xəstəni həyata belə qaytardılar – VİDEO
237426
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.