Sürücülərə ŞAD XƏBƏR: Formula-1-ə görə bağlanan bu yollar tez açılacaq – SİYAHI

Sürücülərə ŞAD XƏBƏR: Formula-1-ə görə bağlanan bu yollar tez açılacaq – SİYAHI

Hazırda oxunan: Sürücülərə ŞAD XƏBƏR: Formula-1-ə görə bağlanan bu yollar tez açılacaq – SİYAHI

23742

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlanan nəqliyyat planında müəyyən dəyişikliklər edilib.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, dəyişikliyə əsasən trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılacaq:
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən “Formula 1″lə bağlı sürücülərə MÜRACİƏT


07.06.2021-ci il səhər saat 06:00-dan Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.

Azneft dairəsi - Niyazi küç.- İstiqlaliyyət küç.- B.Sərdarov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırıldığından 5, 6, 53, 88, 125 və 127 nömrəli marşrutların 20-ci Sahə dairəsi, 65 nömrəli marşrutun isə Azneft dairəsi istiqamətində fəaliyyəti bərpa ediləcəkdir.

Qeyd olunub ki, trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq 08.06.2021-ci il səhər saat 06:00-da aradan qaldırılacaq

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO