“Qadınlara stimul verən alimentdir. Mənə olan 10 müraciətdən 8-də deyirlər ki, qadınlar ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşanıram. Bir neçə il bundan qabaq bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, məsələ tendensiyasını dəyişib”.
Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu gün boşanmaların artmasının səbəbi daha çox qadınların sərbəst qalmaq və aliment almaq imkanlarının olmasıdır:
Deputat Aliment Fondunun yaradılmasının vacibliyini vurğulayıb:
“Çünki aliment verə bilməyən kişilər var, amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu, boşanmaların artmasına gətirib çıxarmasın”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:40 / 03.03.2025
“Qadınlar daha çox sərbəst qalmaq üçün boşanır” - Deputatdan SENSASİON AÇIQLAMA
Hazırda oxunan: “Qadınlar daha çox sərbəst qalmaq üçün boşanır” - Deputatdan SENSASİON AÇIQLAMA
Hazırda oxunan: “Qadınlar daha çox sərbəst qalmaq üçün boşanır” - Deputatdan SENSASİON AÇIQLAMA
237414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.