Şagirdlərə kömək etmək istəyən nəzarətçilər imtahandan qovuldu - VİDEO

Şagirdlərə kömək etmək istəyən nəzarətçilər imtahandan qovuldu - VİDEO

Hazırda oxunan: Şagirdlərə kömək etmək istəyən nəzarətçilər imtahandan qovuldu - VİDEO

237367

Xəbər verdiyimiz kimi, bu gün 11 illik orta təhsil səviyyəsi üzrə ilk buraxılış imtahanı keçirilib.

Bizim.Media xəbər verir ki, imtahan saat 11:00-da başlayıb və şagirdlər 3 saat ərzində onlara təqdim olunan sualları cavablandırıblar.
 

Şagirdlərin bir qismi Azərbaycan dili, bir qismi isə riyaziyyat fənnindən sualların nisbətən çətin olduğunu bildiriblər.


Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, ilkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlandığı üçün onlar imtahandan xaric ediliblər. 2 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb.

Qeyd olunan hallarla bağlı araşdırma aparılır. Sabahdan etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

Daha ətraflı “Xezerxeber.az”ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO