Biləsuvar rayonunun Bəydili kəndində fərdi yaşayış evində yanğın baş verib. 1975-ci il təvəllüdlü Eyvazov Elşad Aydın oğluna məxsus, ümumi sahəsi 64 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı ev yanaraq tamamilə külə dönüb.
Bizim.Media xəbər verir ki, hadisə yerinə dərhal Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və iki yanğınsöndürən texnikası cəlb edilib.
Lakin yanğının güclü olması səbəbindən evi xilas etmək mümkün olmayıb.
Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində başlayıb. Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:51 / 02.03.2025
İnternet modemi alışdı - 50 yaşlı kişinin evi külə döndü - FOTO/VİDEO
Hazırda oxunan: İnternet modemi alışdı - 50 yaşlı kişinin evi külə döndü - FOTO/VİDEO
Hazırda oxunan: İnternet modemi alışdı - 50 yaşlı kişinin evi külə döndü - FOTO/VİDEO
237303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.