Həmyerlilərini alçaldıb VİDEOya çəkən qardaşlar bəraət istəyib

Həmyerlilərini alçaldıb VİDEOya çəkən qardaşlar bəraət istəyib

Hazırda oxunan: Həmyerlilərini alçaldıb VİDEOya çəkən qardaşlar bəraət istəyib

237285

Ağdamda rayon sakini olan kişini təhqir edən, ləyaqətini alçaldan hərəkətlər edərək videoya çəkən qardaşlar yenidən məhkəməyə üz tutub. Onlardan biri bəraət, digəri isə şərti cəza istəyib.

Bizim.Media xəbər verir ki, Rafiq və Aslan (adları şərtidir) qardaşları həmyerliləri Rasimə (ad şərtidir) qarşı alçaldıcı hərəkətlər ediblər.

Onlara qarşı adam oğurluğu və işgəncə vermə maddələri ilə ittiham irəli sürülüb.

Məlumata görə, Rasim qardaşlardan birinin arvadına mesaj yazıb. Bundan xəbər tutan qardaşlar Rasimi Ağdamda çöllük əraziyə görüşə çağırıb. Orada onun əllərini bağlayaraq alçaldıcı hərəkətlər ediblər və bunu videoya çəkiblər.

Ağdam Rayon Məhkəməsi bu əməllərinə görə qardaşlara 3 il 6 ay və 3 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Məhkəmədə zərərçəkmiş kimi tanınan Rasim qardaşlardan şikayətçi olmadığını deyib.

Qardaşlar bu hökmdən apellyasiya şikayəti veriblər. Şikayətlərində zərərçəkmişin şikayətçi olmadığını və barələrində yüngül cəza çıxarılmasını istəyiblər. Onlar adam oğurluğu ittihamı ilə razılaşmadıqlarını, bu ittihamla bəraət verilməsini istəyiblər.

Həmçinin böyük qardaş Rafiq Aslanın günahsız olduğunu və ona işgəncə vermə maddəsi ilə də bəraət verilməsini istəyib.

Apellyasiya məhkəməsi onların şikayətini təmin etməyib. Onlar bu dəfə Ali Məhkəməyə üz tutublar. Ali Məhkəmə də onların şikayətini təmin etməyib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO