Lənkəranda ağır qəza: 4 yaralı var

Lənkəranda ağır qəza: 4 yaralı var

Hazırda oxunan: Lənkəranda ağır qəza: 4 yaralı var

237240

Lənkəranda "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan, mişar daşı ilə yüklənmiş yük maşınının qoşqusuna çırpılıb. 

Bizim.Media xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəticədə Separadi kənd sakinləri - 2008-ci il təvəllüdlü F. Əhmədzadə, 2004-cü il təvəllüdlü Ziya Canıyev, 1997-ci il təvəllüdlü Şahrza Rzayev və 1998-ci il təvəllüdlü Fərid Əzimov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Fərid Əzimovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimallara görə, qəza yolun buzlu olması və sürücünün idarəetməni itirməsi səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO