Azərbaycanda kiçik kəndlər birləşdirilə bilər.
Bizim.Meida Xezerxeber.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən il 4244 kənd yaşayış məntəqəsi olub. Kəndlərin 514-də əhalinin sayı 100 nəfərdən azdır, 94 kənddə isə əhalinin sayı 5000-dən çoxdur.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi iqtisadiyyatın inkişafı, infrastrukturun təkmilləşdirilməsi, təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılması, eyni zamanda təbii resursların səmərəli istifadəsi baxımından müsbət nəticələr verə bilər.
İqtisadçı Eldəniz Əmirov isə deyir ki, urbanizasiya prosesi nəticəsində gələcəkdə bəzi kəndlərdə əhalinin sayı daha da azala bilər. Bu baxımdan dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də kiçik, əhalisi az olan kəndlərin birləşdirilməsi gözləniləndir.
Daha ətraflı videomaterialda:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
07:30 / 02.03.2025
Azərbaycanda bəzi kəndlər birləşdirilə bilər - VİDEO
Hazırda oxunan: Azərbaycanda bəzi kəndlər birləşdirilə bilər - VİDEO
Hazırda oxunan: Azərbaycanda bəzi kəndlər birləşdirilə bilər - VİDEO
237237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.