Fevralın 28-də Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr yüksək qiymətləndirilib, 20-yə yaxın hakimin MAA-da pedaqoji fəaliyyətə cəlb edilməsi, 11 hakimin isə akademiyanın məzunu olması vurğulanıb.
Eyni zamanda, MAA nəzdində yaradılmış hüquq sahələri üzrə dissertasiya şurası çərçivəsində Ali Məhkəmədən ekspert rəylərinin alınması istiqamətində də məsələlər müzakirə olunub.
Memoranduma əsasən, hüquqşünaslıq ixtisası üzrə təhsil alanların Şuranın struktur bölmələrində təcrübə keçməsi, tədrisdə hakimlərin iştirakı, birgə ölkə əhəmiyyətli və beynəlxalq elmi konfrans, dəyirmi masa, seminar, təlim kursları, görüş və simulyasiyaların təşkili, tədris-metodiki vəsait və nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətində daha çox rast gəlinən problemlərin həlli məqsədilə elmi-praktik araşdırmaların aparılması nəzərdə tutulur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:50 / 02.03.2025
Məhkəmə-Hüquq Şurası ilə Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO
Hazırda oxunan: Məhkəmə-Hüquq Şurası ilə Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO
Hazırda oxunan: Məhkəmə-Hüquq Şurası ilə Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO
237235
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.