Qırışlarla mübarizə üçün ƏN YAXŞI ərzaqlar

Qırışlarla mübarizə üçün ƏN YAXŞI ərzaqlar

Hazırda oxunan: Qırışlarla mübarizə üçün ƏN YAXŞI ərzaqlar

237226

Dərinin sağlamlığı və gözəlliyi əsasən insanın qida rasionun asılıdır.

Bizim.Media xəbər verir ki, SM-Cosmetology şirkətinin kosmetoloqu və dermatoloqu Nana Nosareva bildirib ki, bəzi qidalar dərini nəmləndirməyə, kollagen istehsalını stimullaşdırmağa, qanın mikrosirkulyasiyasını yaxşılaşdırmağa və qırışları hamarlaşdırmağa kömək edə bilər.

Onun sözlərinə görə, təbii antioksidantların mühüm mənbələri likopen və C vitamini ilə zəngin olan pomidor və qırmızı bolqar bibəridir: “Yerkökü dəri üçün faydalı olan beta-karotin və A vitamini ilə zəngindir. Həmçinin tərkibindəki A və C vitaminləri sayəsində qarpız dərinin nəmlənməsini və sağlam rəngini təmin edir”.

Mütəxəssis həmçinin çia toxumu, zərdəçal, badam südü və qarabaşaq çayı kimi məhsullara diqqət etməyi tövsiyə edib.

“Hüceyrələrin yenilənməsini sürətləndirən ellagik turşusu ilə zəngin olan nar xüsusi diqqətə layiqdir. Bundan əlavə, onun tərkibində kollagen və elastinin istehsalında iştirak edən təxminən 12 amin turşusu var. Bu isə dərinin elastikliyinə cavabdeh olan əsas zülallardır”, - o əlavə edib.

Kosmetoloq dərini qidalandıran və qoruyan qiymətli omeqa-3 yağ turşuları və E vitamini mənbəyi olan qoz-fındıqların faydalarına da diqqət çəkib. Zeytun yağı isə tərkibindəki yüksək sağlam yağlar və vitamin E sayəsində dərini gənc və elastik saxlamağa kömək edir:

“A və D vitaminləri ilə zənginləşdirilmiş yağlı balıqları, həmçinin qan dövranını və hüceyrələrin oksigenlə doymasını yaxşılaşdıran mikroelementləri unutmamalıyıq. Əlbəttə ki, qırışları hamarlaşdırmağa və dəri tonunu yaxşılaşdırmağa kömək edən avokadonu qeyd etməyə bilmərik"

Nosareva deyib ki, kətan toxumu sıyığı təbii parıltı verən alfa-linolenik turşuya görə dəri sağlamlığı üçün də faydalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO