Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (test imtahanı) paytaxtda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi sosial şəbəkədə məlumat yayıb.
İmtahanın keçiriləcəyi yeni tarixlə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinin təxirə salınması ilə bağlı namizədlərin qeydiyyatdan keçdiyi mobil telefon nömrəsinə SMS göndərilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:44 / 01.03.2025
Psixoloqların işə qəbulu imtahanı təxirə salınıb
Hazırda oxunan: Psixoloqların işə qəbulu imtahanı təxirə salınıb
Hazırda oxunan: Psixoloqların işə qəbulu imtahanı təxirə salınıb
237107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.