Gəncədə avtomobil motosikletlə toqquşub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Ozan küçəsində, Azərbaycan Aqrar Universitetinin Mühəndislik fakültəsinin binasının qarşısında baş verib.
Hərəkətdə olan “Mersedes” markalı avtomobillə kuryer fəaliyyəti ilə məşğul olan motosikletçi toqquşub. Şahidlərin sözlərinə görə hadisə zamanı kuryerin ayağı sınıb və onu xəstəxanaya aparıblar.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu