Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Tarıyel Alıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə bu ilin əvvəlində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Tarıyel Alıyev evin dəhlizində arvadı, zərərçəkmiş Səmayə Alıyeva (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının onun anası ilə kobud danışması olub. Bu zaman təqsirləndirilən şəxs qəsdən əli ilə Səmayənin baş, hər iki qollarından, kürəyindən və sinə nahiyəsindən bir neçə dəfə vuraraq, ona yüngül zərər yetirib.
Hadisədən sonra Tarıyel Alıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək əri ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:03 / 28.02.2025
Kişi anası ilə kobud danışan arvadını döydü – QƏRAR
Hazırda oxunan: Kişi anası ilə kobud danışan arvadını döydü – QƏRAR
Hazırda oxunan: Kişi anası ilə kobud danışan arvadını döydü – QƏRAR
236965
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.