Abdullah Öcalan tərəfdarlarına MÜRACİƏT ETDİ: “Silahı yerə qoyun” - FOTO

Abdullah Öcalan tərəfdarlarına MÜRACİƏT ETDİ: “Silahı yerə qoyun” - FOTO

Hazırda oxunan: Abdullah Öcalan tərəfdarlarına MÜRACİƏT ETDİ: “Silahı yerə qoyun” - FOTO

236892

PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri lideri Abdullah Öcalan tərəfdarlarına yazılı müraciət edib.

Bizim.Media xəbər verir ki, məktub türk, kürd, ərəb və ingilis dillərində Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Parti) nümayəndələri tərəfindən səsləndirilib.

Türkcə mətni Pervin Buldan, kürdcəni isə Ahmet Türk oxuyub.
 

Öcalan tərəfdarlarına silahı yerə qoymağa və sivil yolla qurultay keçirərək, siyasi mübarizəyə qoşulmağa çağırıb.


O bəyan edib ki, PKK özünü buraxmalı, terror təşkilatı ləğv edilməlidir: “1990-cı illərdə daxili səbəblərdən real-sosializmin çökməsi, ölkədə kimlik inkarının aradan qalxması, ifadə azadlığındakı inkişaflar PKK-nın varlığının mənasız olmasına səbəb oldu. Odur ki, də bu mövcud vəziyyət bu qurumun öz həmkarları kimi ömrünü tamamlamış və son qoyulmasını zəruri etmişdir.

Qurultayınızı toplayın və dövlət və cəmiyyətə inteqrasiya üçün qərarlar qəbul edin, çünki məcburi şəkildə dayandırılmamış hər bir müasir cəmiyyət və partiya bunu könüllü olaraq edəcək; Bütün qruplar silahı yerə qoymalı, PKK özünü buraxmalıdır”.

Qeyd edək ki, müraciət Diyarbakır və Vanda nəhəng ekranda canlı yayımlanıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO