Audiovizual Şura iki operatorun lisenziyasını LƏĞV ETDİ

Audiovizual Şura iki operatorun lisenziyasını LƏĞV ETDİ

Hazırda oxunan: Audiovizual Şura iki operatorun lisenziyasını LƏĞV ETDİ

236887

Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda "Eurosel" MMC və "Sveet TV Group AZ" MMC-nin fəaliyyət göstərmədiklərinə görə onlara verilmiş universal platforma operatoru lisenziyalarının ləğv olunması ilə bağlı Audiovizual Şuraya müraciətlərinə baxılıb.

Qəbul olunmuş qərarlara əsasən hər iki operatorun lisenziyası ləğv olunub.

Həmçinin iclasda "Aznet Technologies" QSC-nin özünün ikinci operator xidmətinə ("Araznet" xidmət adı ilə) universal platforma operatoru lisenziyasının verilməsi üçün Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirələrdən sonra "Aznet Technologies" QSC-yə (xidmət adı "Araznet" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi haqqında müvafiq qərar qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO