Televiziyalarda monitorinqlərə BAŞLANILDI – Aparıcıların nitqi və musiqilər də TƏFTİŞ olunur

Televiziyalarda monitorinqlərə BAŞLANILDI – Aparıcıların nitqi və musiqilər də TƏFTİŞ olunur

Hazırda oxunan: Televiziyalarda monitorinqlərə BAŞLANILDI – Aparıcıların nitqi və musiqilər də TƏFTİŞ olunur

236868

Televiziyalarda ədəbi dilin qorunması ilə bağlı monitorinqlərə başlanılıb.

Bunu Bizim.Media-ya açıqlamasında AMEA Nəsimi adına Dilçilik institutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva deyib.

O bildirib ki, monitorinqlər ilin sonuna qədər davam edəcək:

“Televiziyaların monitorinqini fəaliyyət proqramına uyğun olaraq şöbəmizin elmi-tədqiqat mövzusu kimi onu ortaya qoyacağıq. Yəni illlik planda öz əksini tapıb. Ümumiyyətlə, mütəmadi olaraq baş verən proseslərin izləmək, monitorinq aparmaq bizim artıq gündəlik işimizdir. Havanın qarlı keçməsi ilə bağlı hamımızı hava durumu maraqlandırır. Bu gün hava durumu ilə bağlı televiziyalarda informasiyalar verilir. Lakin təqdim edərkən deyirlər ki, -3 dərəcə soyuq təşkil edəcək, axı -3 özü soyuğu bildirir, bu özü soyuğun, şaxtanın göstəricisidir. Hava şəraiti ifadəsi olmaz, bu ifadələrə biz ciddi şəkildə diqqət etməliyik. Aparıcılarımız düşünməlidirlər ki, qədim tarixi köklərə bağlı dildə veriliş aparırlar və onların qarşısında oturan milyonlarla tamaşıçı var”.

Şöbə müdiri bütün aparıcıların monitorinqə cəlb olunacağını vurğulayıb:

“Həm dövlət, həm özəl televiziyaların aparıcılarının nitqi təhlil olunur. Əgər o aparıcı Azərbaycan dilində mükəmməl danışırsa, biz onu nümunəvi aparıcı kimi dəyərləndiririk. Biz hələki o materialları yığırıq, hazırda ad açıqlaya bilməyəcəm. Bizi aparıcıların kimliyi maraqlandırmır, düzgün nitq və yanlışlıqlar maraqlandırır. Biz orfoepik norma pozuntusunu çox olduğu üçün başa düşürük, xüsusilə, canlı verilişlərdə onun arxasıyca düşmürük. Amma morfloji, yəni lazımsız alınmalardan istifadə etmək, cümlə quruluşunun dəyişdirilməsini qəbul etmirik və ən böyük yanlışlıq da onu hesab edirik”.

Müsahibimiz mahnıların da monitorinq olunması məsələsinə aydınlıq gətirib:

“Biz 2023-cü ildə mahnıların monitorinqinin nəticələrini ictimaiyyətə açıqladıq. Monitorinqdə musiqi sahəsinin görkəmli simaları Flora Kərimova, Nazpəri Dostəliyeva, Brilliant Dadaşova və digərləri, şairlərimizdən Vahid Əziz, Baba Vəziroğlu və digərləri iştirak edirdi. O tədbirin kifayət qədər ciddi təsiri oldu. Bu gün biz ancaq mahnılara fikrimizi yönləndirməmişik, ancaq mahnıların monitorinqini aparmırıq.  Biz müxtəlif, bütün sahələrdə olan boşluqları müşahidə edirik”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO