Xəstəliklərə xarakterlərinə uyğun adlar verilir. Bu adlar bəzən onların yayılma sürəti, bədəndə, orqanizmdə baş verən dəyişiklikləri özündə əks etdirir. Belə xəstəliklərdən biri də ildırımsürətli vaskulit diaqnozudur.
Xatırladaq ki, fevral ayının 24-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Məcidov Maqbet Xətai oğlunun ölümünə də səbəb həmin xəstəlik olub.
Bəs bu xəstəliyin əlamətləri nədir? Hansı yaşda insanlara xasdır?
Mövzu barədə Bizim.Media-ya danışan tibb üzrə mütəxəssis, professor Adil Qeybulla deyib ki, vaskulitin çox sayda növü var:
“Vaskulit avtoimmun mənşəli damarların iltihabıdır. Bu zaman orqanizmin özündə orqanla DNT arasında siqnal intensivliyi itir və bədən öz orqanını yad cisim kimi görür. Bu proses də orqanizmin öz damarlarını zədələməyə başlayır. Nəticədə orqanizmdə çox ciddi proseslər yaranır. Pulminat vaskulit (ildırımsürətli) bəzən müxtəlif bakteriyalardan, toksinlərdən, viruslardan formalaşa bilər və avtoimmun xəstəliklərdən qaynaqlana bilər. Şeqren sindromu, revmatoid artrid, qırmızı qurd eşənəyi və digər avtoimmun xəstəliklər fonunda da vaskulitlər inkişaf edə bilər. Yəni bunlar bəzən paralel də inkişaf edə bilir”.
O bildirib ki, bu xəstəliklərin yaranma səbəbi bilinmir:
“Burada ən əsas məsələ orqanizmin öz orqanı arasında siqnal intensivliyinin pozulmasıdır ki, bədən öz orqanlarını düzgün tanımır. Bu, sporadik stiuasiyadır, yoluxucu və ya sistemli şəkildə yayılmış bir proses deyil. İstənilən halda avoimmun xəstəliklərin genezini araşdırmaq üçün dünyada çox ciddi işlər gedir. Nəzərə almaq lazımdır ki, xeyli sayda infeksiyaların, xüsusilə, virus infeksiyalarının peyda olması, bunların sayının və miqyasının genişlənməsi, bir neçə il ərzində keçən koronavirus pandemiyası, qidalanmann özündə, insanların həyat tərzindəki dəyişiklik bu xəstəliklərin coğrafiyasını da təəssüf ki, genişləndirib”.
Həkim onu da əlavə edib ki, insanların genetik və sağalmayan xəstəlikləri olur ki, hər bir xəstəliyin sübut olunan əlaməti var:
“Ola bilməz ki, əsgər bu yaşa çatsın və bu xəstəlik aşkar edilməsin. Bu cür situasiyalar çox nadir hallarda ola bilər. Bu həm də onun nəticəsidir ki, insanlar öz sağlamlıqlarına diqqət eləmirlər. Bəzən uşağı heç müyinə elətdirmirlər, böyüyüb müəyyən yaşa çatır , bir də qəfildən müəyyən xəstəlik özünü biruzə verir. Amma müxtəlif xəstəliklər zamanı hərbi xidmətdən azad edilmə qanunidir. Əgər bu təsdiq olunarsa, həmin şəxs qeydiyyata götürülür və onun xəstəxana qeydiyyatı əsasında onu hərbi mükələfiyyəti ləğv edilir. Yəni bunlar qanunla həyata keçirilir”.
Qeyd edək ki, hərbi vəzifələrin yerinə yetirilməsinə mane olan bir sıra xəstəliklər mövcuddur.
Onların siyasında konkret bu xəstəliyin adı qeyd edilməsə də, tibb mütəxəssisi Adil Qeybullanın dediyi, yəni xəstəliyin digər xəstəliklər fonunda inkişaf etdiyi xəstəlik olan qırmızı qurd eşənəyi mövcuddur.
Şəxsin hərbi xidmətə yararsız sayılmasına səbəb olan xəstəliklər cədvəli ilə buradan tanış olmaq olar.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:40 / 27.02.2025
Əsgərin ölümünə səbəb olan ildırımsürətli vaskulit – Bu xəstəliyə tutulanlar hərbi xidmətə APARILIR?
Hazırda oxunan: Əsgərin ölümünə səbəb olan ildırımsürətli vaskulit – Bu xəstəliyə tutulanlar hərbi xidmətə APARILIR?
Hazırda oxunan: Əsgərin ölümünə səbəb olan ildırımsürətli vaskulit – Bu xəstəliyə tutulanlar hərbi xidmətə APARILIR?
236836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.