Valideynlərə ŞAD XƏBƏR: Bu innovativ proqram övladınıza uyğun olan ixtisası ödənişsiz seçəcək – MÜSAHİBƏ

Valideynlərə ŞAD XƏBƏR: Bu innovativ proqram övladınıza uyğun olan ixtisası ödənişsiz seçəcək – MÜSAHİBƏ

Hazırda oxunan: Valideynlərə ŞAD XƏBƏR: Bu innovativ proqram övladınıza uyğun olan ixtisası ödənişsiz seçəcək – MÜSAHİBƏ

236830

Abituriyentlər üçün universitetə qəbul olmaq nə qədər vacibdirsə, düzgün ixtisas seçimi də bir o qədər önəmlidir. Çünki bu, onların həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdəndir.

İmtahan öncəsi Beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru, dosent Nəriman Qaraxani Bizim.Media-ya abituriyentlərin gələcək karyerasını doğru şəkildə inşa etməyin yolları barədə danışıb. O, şagirdlərinin inkişafını dəstəkləmək üçün qurulmuş təhsil platforması – Taskool haqqında ətraflı məlumat verib.

Nəriman Qaraxani ilə müsahibəni təqdim edirik:

- Öncəliklə istərdim ətraflı məlumat verəsiniz. Taskool nədir və şagirdlərə nələr vəd edir?

- “Taskool-u məktəblilərin bir “LinkedIn” platforması kimi təsnif edə bilərik. Bu platforma portfel yaradaraq məktəbi bitirdikdən sonra universitetə təqdim etdikləri alternativ bir formadır. Yəni universitetə qəbul üçün alternativ qəbul sistemidir. Şagirdlər burada özləri üçün praktik bilik və bacarıqlara yiyələnmiş olur. Portfel yaratdıqdan sonra STEAM layihələr bankında şagirdlər öz maraq dairələrinə uyğun addım-addım verilən tapşırıqları icra edərək sonda təcrübi bacarığa sahib olurlar. Bu da onların həm mövzu ilə bağlı biliklərinin artırılmasına kömək olur, həm də maarafləndirmə rolunu oynayır. Şagirdlər artıq bacarıqlarını universitetlərə təqdim edərkən öz layihələrini, gördükləri işləri rahatlıqla göstərə bilirlər. Həmçinin platformada “community” icma qrupları da mövcuddur. Məktəblilərin sosiallaşması üçün imkan qruplarıdır. Qruplar daxilində şagirdlər bir arada layihələr üzərində çalışırlar, həm də tək Azərbaycandan deyil, xaricdən də həmyaşıdları ilə əlaqə qura bilirlər”.

“Hər şagirdə uyğun ixtisas təqdim olunur, birbaşa universitetə müraciət edilir”

- Maraqlıdır. Ancaq sadaladığınız amilləri özündə birləşdirən bir neçə alternativ platformalar da var. Taskool-un ən başlıca fərqi nədir?

- Bizim yaratmış olduğumuz Təkmilləşmiş İnkişaflaşdırma Proqramı (TİP) sırf Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanan, tədqiqat işinin əsasında formalaşmış bir sistemdir. 3 mərhələdən ibarət bir sistemdir. Şagirdlərə video dərslər təqdim olunur. İxtisas seçimi nədir, necə edilməlidir, nələr nəzərə alınmalıdır, yeni ixtisasları necə tapmaq lazımdır və s. kimi bununla əlaqəli yönləndirmələr edirik. İkinci və üçüncü mərhələlərdə isə psixoloji test tətbiq edib, onun əsasında məktəblilərin bilik, maraq dairəsi və dünya görüşünü müəyyənləşdiririk. Bundan sonra STEAM avtomatik olaraq onlara uyğun 10 ixtisası tövsiyə edir”.

“Uşaqların zərərli şəbəkələrə yönəlməsinin qarşısı alınır”



- Bəs şagirdlərin xaricdə təhsil imkanları necə təmin edilir?

- Şagirdlər bizim platforma üzərindən birbaşa universitetlərə müraciət edə bilir. Müraciət əsnasında valideynlər prosesi izləyə bilirlər. Konkretləşdirsək, məktəblinin həmin platformada bir bazası yaradılır və valideynlər də izləyib, tanış ola bilir. Bir növ zərərli zərərli informasiyalara yönəlmənin də qarşısı alınmış olur.


“Valideynlər övladlarını yanlış yönləndirir, nəticədə uşaqlar məhv olur”

- Üstəlik bu da bir faktdır ki, hər valideyn və müəllim uşağın bacarıq və istedadına yaxından bələd olmur. Uşaq özünü göstərdiyi qədər valideyn onu tanıyır. Məsələn valideyn təkidlə övladını hüquq sahəsinə yönəldir, amma bacarığı uşağın süni intellektlə bağlıdır. Əslində bəhs etdiyiniz platformada valideynlər övladlarının daha başqa bacarıq və istedadlarını da görə biləcəklər.

- Dünyada ixtisasların sayı çoxdur. Biz uşağımızı yönləndirəndə daha çox göz önündə olan ixtisaslara istiqamətləndiririk. Müəyyənləşdirmək lazımdır ki, hansı ixtisasların perspektivləri mövcuddur. İnformasiya Təhlükəsizliyi, Proqramlaşdırma getdikcə əhəmiyyətini itirir, süni intellektə uduzur. Ona görə süni intellektə fokuslanmaq lazımdır. Belə bir məşhur deyim var: Çörəyi ver çörəkçiyə.. Artıq “Mən uşağımı tanıyıram, filan ixtisasa yönəlsin” – deyə fikirlər qalmamalıdır. Valideyn uşağını  tam tanıya, bilə bilməz. Çünki insanın 50 faizini genetikası, 50 faizini isə gördükləri, müşahidə etdikləri, cəmiyyət və s. kimi faktorlar formalaşdırır. Bu səbəbdən valideyn olaraq heç də övladımız üçün hər zaman ən yaxşısını bilə bilmirik. Əsas məqsədimiz övladlarımızı xoşbəxt etmək olmalıdır”.

“Məqsədimiz məktəb və universitet arasında körpü yaratmaqdır”



- Platforma şagirdlərin karyera inkişafına necə təsir edir?

- Bu yol müddətində biz davamlı olaraq yeni aktivitələr, xəritələr  təqdim edirik. Məktəblilərin istedadlarının ortaya çıxması üçün “Olimpiya” mərkəzləri də mövcuddur. Biz buraya da onları cəlb edirik ki, uşaqlar öz olimpiadalarını təqdim etsinlər. Biz təhsil sahəsində ən əsas 5 fərqli startapı bir araya toplamışıq. Tədqiqat mərkəzləri yaradırıq. Artıq mərkəzin yaradılması üçün İqtisad Universiteti ilə anlaşma sazişi də imzalamışıq. Orada universitetin magistr, müəllim, akademik və tələbə heyətini cəlb edərək layihələri məktəblilərə təqdim etmək məqsədini hədəfləmişik. Əsas məqsədimiz məktəb və universitet arasında körpü yaratmaqdır. Bu gün hərkəsin üzərində baş sındırıb, çalışırlar. Gərək məktəbli ali təhsili dərk edə bilsin.

“Abituriyentləri pulsuz şəkildə düzgün  ixtisasa yönləndirəcəyik”

- İxtisas seçimi proqramında iştirak üçün hansı amillər nəzərə alınır? Kimlər üçündür?

- İxtisas seçim proqramımız hazırda 40 azn təşkil edir. Lakin məktəbliləri qarşıdakı 03 mart - 15 mart tarixlərinədək bu proqramla pulsuz təmin edəcəyik. 8-ci sinifdən yuxarı təhsil alan hər bir məktəbli bu proqramda iştirak edə bilər. Lakin tələblərimizdən biri də odur ki, müəyyənləşdirdiyimiz - 1.Avia Mühəndislik, 2. Cyber Security , 3. Sahibkarlıq Məktəbi, 4. Film Making adlı icmalarımıza üzv olmalıdırlar. Və +994 099 862 12 14  telefon nömrəsinin WhatsApp-ına yazmaqla proqramda iştirak üçün əməkdaşlarımızdan giriş kodu əldə edəcəklər. Bunun əsasında proqrama ödənişsiz qatıla bilərlər”.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO