Kommunal xidmətlərlə bağlı qərar verildi

Kommunal xidmətlərlə bağlı qərar verildi

Hazırda oxunan: Kommunal xidmətlərlə bağlı qərar verildi

236813

Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.

Bizim.Media xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər aşağı gərginlik də daxil olmaqla bütün növ daxili elektrik quraşdırma işlərinin lisenziyalı şirkətlər tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilməklə, müvafiq dəyişikliklərin ölkədə tətbiqi imkanlarının araşdırılması və təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi planlaşdırılır.

Qeyd edilib ki, eyni zamanda elektrik dirəkləri, yerüstü və ya yeraltı kabellər, su və qaz boruları, eləcə də telefon xətləri kimi infrastrukturun birgə tikintisinin koordinasiyası üzrə beynəlxalq təcrübənin və müvafiq qanunvericilik aktlarında mövcud vəziyyətin araşdırılması, ediləcək dəyişikliklərin müvafiq sahəyə təsirləri qiymətləndirilməklə təkliflərin hazırlanaraq Komissiyaya təqdim ediləcək.

15 may tarixinə qədər mövcud elektrik enerjisi paylayıcı şəbəkəsini özündə əks etdirən məlumat bazasının ictimaiyyətə açıq olması ilə bağlı beynəlxalq təcrübə öyrənilməklə, müvafiq dəyişikliklərin ölkədə tətbiqi imkanlarının araşdırılması və təkliflərin hazırlanaraq Komissiyaya təqdim ediləcək.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupu”na rəhbərliyi Azərbaycan Respublikasının energetika nazirinin müavini Samir Vəliyev həyata keçirir. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO