Azərbaycanda fevralın 27-si saat 08:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində, eyni zamanda Bakıda və Abşeron yarımadasında qar yağır.
Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 59, Altıağac, Şəkidə 31, Qəbələdə 28, Qubada 25, Xaltanda 20, Zaqatalada 18, Şahdağda 17, Şahbuz və Oğuzda 16, Daşkəsəndə 15, Qobustan, Qusarda 10, Kəlbəcər, Mingəçevir, Şabran və Gədəbəydə 8, Laçın, Qubadlı, Şuşa və Balakəndə 7, Xankəndı, Füzuli, Xocalı, Göyçay, Yevlax, Tərtər, Naftalan, Kürdəmir, Sabirabad, Neftçala, Bərdədə 5, Bakıda və Abşeron yarımadasında isə 12 sm-dir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb.
Yağıntılar fevralın 27-si gündüz saatlarından tədricən kəsiləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:15 / 27.02.2025
Qarlı hava nə vaxtadək DAVAM EDƏCƏK?
Hazırda oxunan: Qarlı hava nə vaxtadək DAVAM EDƏCƏK?
Hazırda oxunan: Qarlı hava nə vaxtadək DAVAM EDƏCƏK?
236757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.