Bu rayonda bərk tullantıların yığılması üçün poliqon YARADILACAQ – FOTO

Bu rayonda bərk tullantıların yığılması üçün poliqon YARADILACAQ – FOTO

Hazırda oxunan: Bu rayonda bərk tullantıların yığılması üçün poliqon YARADILACAQ – FOTO

236684

Qusar rayon İcra Hakimiyyətində “Bərk məişət tullantılarının idarə edilməsi üzrə dövlət-sahibkar tərəfdaşlığı layihəsi”nin müzakirəsi baş tutub.

Bizim.Media xəbər verir ki,turizm bölgələrindən biri olan olan Qusar şəhərində və eləcə də rayonun bütün ərazisində ətraf mühitin bərk məişət və plastik tullantılarla çirklənməsinin qarşısının alınması prioritet məsələlərdəndir. Müasir dövrdə tullantıların, xüsusilə polietilen tullantıların ekologiyaya mənfi təsirlərinin aradan qaldırılması dünya ölkələrinin qarşısında duran ən vacib problemlərdən birinə çevrilib.

Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişafı Strategiyasının Tədbirlər Planında “Regionlarda bərk məişət tullantılarının mərkəzləşdirilmiş idarə olunması sisteminin yaradılması və bu sahənin maddi-texniki bazanın gücləndirilməsi” nəzərdə tutulur. Bu tədbirin icrası məqsədilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində “regionlarda bərk məişət tullantılarının idarə edilməsi” layihəsinin işlənib hazırlanması ilə bağlı məsələlər fevralın 25-də Qusar rayon İcra Hakimiyyətində müzakirə edilib.

Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul əməkdaşları, Asiya İnkişaf Bankının nümayəndəsi Ramazan Səmədov, məişət tullantıları üzrə mütəxəssis, Hollandiya vətəndaşı Rene van Doorn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Qızılgül Həsənovanın iştirakı ilə keçirilən görüşdə rayonda bərk tullantıların yığılması, çeşidlənməsi, daşınması məsələləri, bu sahədə mövcud vəziyyət, problemlər, həlli yolları və müasir standartlara cavab verən poliqonun yaradılması müzakirə olunub.

Qeyd olunub ki, Qusar Rayon XDS-nin 27.04.1989-cu il tarixli 145 saylı qərarı ilə yaradılan, Qusar şəhərində, şəhərdən 1 km aralı məsafədə yerləşən məişət tullantıları poliqonu bu günki tələbatı ödəmir. Kommunal Müəssisələri və digər təşkilatların daşıdığı məişət tullantılarının emalı və zərərsizləşdirilməsinin müasir tələblərə uyğun təşkili rayonun ən vacib problemləri siyahısına daxildir. Bu məqsədlə görüşdə “Bərk məişət tullantılarının idarə edilməsi üzrə dövlət-sahibkar tərəfdaşlığı layihəsi”, bərk məişət tullantılarının toplanması və utilizasiyasının davamlı və sistemli təşkili məsələləri geniş müzakirə edilib. Bu istiqamətdə düzgün strategiyanın həyata keçirilməsinin rayon ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı sistemin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına imkan verəcəyi bildirilib.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO