“Universitetlərdə erməni dili tədris edilsin” – Deputat

“Universitetlərdə erməni dili tədris edilsin” – Deputat

Hazırda oxunan: “Universitetlərdə erməni dili tədris edilsin” – Deputat

236671

Bildiyimiz kimi, bəzən universitetlərdə erməni diliylə bağlı müxtəlif kurslar, təlimlər təşkil olunur. Xüsusilə,  44 günlük Vətən müharibəsindən sonra bu dilin bir fənn, ixtisas kimi daha da geniş tədris edilməsi məsələsi irəli sürüldü. Çünki müharibə vaxtı Azərbaycan dilini bilən ermənilər rəylərdə, müxtəlif saxta xəbər səhifələrində azərbaycanca dezinformasiyalar yayırdılar.

Bu günlərdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev də çıxışlarından birində bildirdi ki,  2026-2027-ci tədris ilindən etibarən universitetdə erməni dili fənninin tədrisi planlaşdırılır.

BSU-nun bu qərarından sonra bir çox insan təklif edir ki, bu fənnin tədrisi daha da genişləndirilsin.

Bizim.Media deputat Ceyhun Məmmədovun da məsələyə münasibətini öyrənib.

Millət vəkili də erməni dilinin universitetlərdə tədris edilməsinin tərəfdarıdır:

“Nəzərə almalıyıq ki, müharibə bitsə də, hələ bir müddət Ermənistan-Azərbaycan münasibətlərində müəyyən proseslərin getdiyini görəcəyik. Yəni hələki sülh müqaviləsi imzalanmır, Ermənistan bu müqavilənin imzalanmasını uzatmağa çalışır. Buna görə də bu gün qarşı tərəfi yaxşı öyrənməliyik”.

Ceyhun Məmmədov  vurğulayır ki, Ermənistan Azərbaycanı yaxşı öyrənir, orada türk dilini, Azərbaycan dilini bilənlər var:

“Orada Azərbaycan geniş və ciddi şəkildə araşdırılır, biz də buna görə Ermənistanı öyrənməliyik. Bakı Slavyan Universitetində erməni dilinin öyrənilməsi vacibidir. Biz keyfiyyətə önəm verməli, peşəkar mütəxəssislər, müəllimlər yetişdirməliyik ki, onlar bu sahə üzrə püxtələşsinlər, qarşımıza qoyduğumuz məqsəd və hədəflərə çatmaqda dəstək ola bilsinlər. Keyfiyyətli, erməni dilini yaxşı bilən, Ermənistanı təhlil edən mütəxəssin yetişdirilməsi üçün çalışmalı, addımlar atmalıyıq. Bunu önəmli layihə olaraq düşünürəm”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO