“Rus evi”, “çoxsimalı” şəxslər... Tofiq Zülfüqarovdan Məmmədyarova eyhamlı atmaca – FOTO

“Rus evi”, “çoxsimalı” şəxslər... Tofiq Zülfüqarovdan Məmmədyarova eyhamlı atmaca – FOTO

Hazırda oxunan: “Rus evi”, “çoxsimalı” şəxslər... Tofiq Zülfüqarovdan Məmmədyarova eyhamlı atmaca – FOTO

236604

“Ah, "Rus evi", sən elə çoxsimalısan”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Facebook” səhifəsində yazıb.

Paylaşımda sabiq nazir xələfinin ünvanına söz atıb:

"Dünən (fevralın 24-də - red.) gözlənilmədən ARB-24 məni Elmar Məmmədyarovla bir verilişdə birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin (gürcü bloqer, yutuber - red.) kanalında məni əvəz edəcək... Ah, "Rus evi", sən elə çoxsimalısan".

Bu posta Elmar Məmmədyarovun ünvanına atmacadan sonra müxtəlif və fərqli şərhlər yazılıb. Əksəriyyəti maraqlandıran T.Zülfüqarovla E. Məmmədyarov arasından hansı "qara pişiy"in keçməsi olub.

Birinci şəxs bu suala cavabdan yayınıb.

Onun "Rus evi"ni niyə xatırlaması da aydın olmayıb. Lakin adı Rusiya casus şəbəkəsi ilə hallanmaqla gündəmdə olan "ev" və "çoxsimalı" ifadəsi E. Məmmədyarova qarşı çevrilmiş ittiham kimi qəbul olunub.

Şərhçilərdən birinin "Sizcə, onun (Məmmədyarov - red.) "Rus evi" ilə bağlı hadisələrə birbaşa və ya dolayı əlaqəsi varmı?" sualına eks-nazir "Bəli" deyə cavab verib.

T. Zülfüqarov bundan əvvəl G.Vasadze ilə təmaslarını kəsdiyini bildirib. Hətta bununla bağlı "Facebook" hesabında da məlumat yayıb.

Xatırladaq ki, Tofiq Zülfüqarov 1998-99-cu illərdə, Elmar Məmmədyarov isə 2004-20-ci illərdə xarici işlər naziri vəzifəsini tutublar.

Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO