Vardanyan məhkəmədə ifadə verməkdən İMTİNA ETDİ

Vardanyan məhkəmədə ifadə verməkdən İMTİNA ETDİ

Hazırda oxunan: Vardanyan məhkəmədə ifadə verməkdən İMTİNA ETDİ

236540

Xəbər verdiyimiz kimi ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 25-də davam etdirilib.

R.Vardanyan aclıq aksiyası keçirdiyinə görə özünü yaxşı hiss etmədiyini söyləyib. Hakim təqsirləndirilən şəxsin həkim müayinəsindən keçməsi üçün fasilə elan edib.
 

MÖVZU İLƏ BAĞLI:

Vardanyanın təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə istintaqı BAŞLADI - FOTO


Fasilədən sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib.

Ardınca təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif olunub, lakin o, ifadə verməkdən imtina edib.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə itiham olunduğu cinayət əməlləri üzrə suallar verməyə başlayıb.

Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb. 

Məhkəmənin növbəti iclası martın 4-nə təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO