Sabirabadda minik avtomobili aşıb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Polad Toğayı kəndində baş verib.
Rayon sakini, 1988-ci il təvəllüdlü Bəhruz Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media