Əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynalxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə elə oradaca dünyasını dəyişib.
Gənc qız əməliyyat öncəsi narkozdan sonra allergik şok keçirib və komaya düşüb. 10 gün sonra isə həyatını itirib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə DƏHŞƏT: Gənc qız narkozdan şoka düşərək dünyasını dəyişdi
Türkan Balakişizadə əslən Kəlbəcər rayonundan olsa da, Gəncə şəhərində yaşayırdı. O, nişanlı imiş və gələn ay toyu olacaqmış.
Valideynlərinin sözlərinə görə qızları xəstəxanaya sağlam göndərilib. Heç bir yanaşı xəstəliyi və əməliyyat öncəsi verdiyi analizlərində də problem olmayıb.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Məqsəd Rəhimov, Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media