“Vikipediya”da “Susuzluq kəndi yaxınlığında partlayış” adlı məqalə yaradıldı

“Vikipediya”da “Susuzluq kəndi yaxınlığında partlayış” adlı məqalə yaradıldı

Hazırda oxunan: “Vikipediya”da “Susuzluq kəndi yaxınlığında partlayış” adlı məqalə yaradıldı

23651

“Vikipediya”nın müxtəlif dil bölmələrində Qarabağ həqiqətləri və Ermənistanın terror siyasəti ilə bağlı məqalələrin yaradılması prosesi davam etdirilir.

Bu barədə Bizim.Media-ya “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

O bildirib ki, “Vikipediya”nın Azərbaycan, türk və rus dili bölmələrində işğaldan azad olunmuş Kəlbəcər rayonunda iyunun 4-də xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olması, digər 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar “Susuzluq kəndi yaxınlığında partlayış” adlı məqalə yaradılıb. Məqalədə qeyd olunub ki, bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getmiş olduğu ərazidə jurnalist ölümü ilə bağlı ilk haldır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO