Nə biləydi ki, qarşıda onu BƏLA gözləyir – Axıska türkü Xocalıdakı erməni vəhşiliyindən DANIŞDI – VİDEO

Nə biləydi ki, qarşıda onu BƏLA gözləyir – Axıska türkü Xocalıdakı erməni vəhşiliyindən DANIŞDI – VİDEO

Hazırda oxunan: Nə biləydi ki, qarşıda onu BƏLA gözləyir – Axıska türkü Xocalıdakı erməni vəhşiliyindən DANIŞDI – VİDEO

236500

Xocalı soyqırımından 33 il keçir. Tarixdə analoqu olmayan bu faciənin canlı şahidlərindən olan Nurməhəmməd İsmayılovla Qubanın Barlı kəndində söhbətləşdik.

Erməni vəhşiliyini Xocalıda yaşamış Nurməhəmməd kişi axısxa türküdür. 1990-cı ildə Özbəkistandan didərgin düşərək Azərbaycana üz tutmuş 70 yaşlı Nurməhəmməd kişi həmin dövrdə ailəsi ilə Xocalıda məskunlaşır. Həyat yoldaşı və oğlu ilə şad-xürrəm gün keçirir. Nə biləydi ki, qarşıda onu və Xocalıda yaşayan soydaşlarımızı dəhşətli bəla gözləyir.

Deyir ki, vəziyyətimiz yaxşı idi, Xocalı şəhərindəki məktəblərdən birində bədən tərbiyəsi müəllimi işləyib, ailəsini dolandırırdı. Ara-sıra atışma səsləri eşitsələr də,  ən dəhşətli gecəni fevralın 25-dən 26-na keçən gecə yaşayıblar. Erməni qatilləri yüzlərlə dinc sakinlərimizə olduğu kimi ona qarşı da hər cür vəhşiliyi ediblər. Amma Nurməhəmməd kişidə Xocalıya məhəbbət, sədaqət hissi sönməyib.

Ətraflı Bizim.Media-nın videosüjetində:


Aytəkin Alxaslı, Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO