“Sənətləri yoxdur deyə, tamaşaçıya bədənlərini göstərirlər” – Xalq artistindən SƏRT REAKSİYA

“Sənətləri yoxdur deyə, tamaşaçıya bədənlərini göstərirlər” – Xalq artistindən SƏRT REAKSİYA

Hazırda oxunan: “Sənətləri yoxdur deyə, tamaşaçıya bədənlərini göstərirlər” – Xalq artistindən SƏRT REAKSİYA

236478

“Dəyərlər itir, hər şey həddini aşır. Hara gedirik bilmirəm. Bu gün ifaçılar səhnədə sənət yox, əndam, geyim-keçim nümayiş etdirirlər. İndi də başlayıblar tamaşaçıya arxalarını göstərməyə. Qabaq sənətçilər ifa boyu üzünü tamaşaçıya tutub oxuyurdu. Amma indikilər tamaşaçıya baxmırlar, onlara nəsə göstərirlər”.

Bunu Bizim.Media-ya açıqlamasında Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudov deyib. O bildirib ki, atalar deyir ki, “varın verən utanmaz”:

“Bəzi müğənnilərində əllərində nə var, onu tuturlar xalqa qarşı. Səs yox, sənət yox, “camış balası quyruğu ağ”. Hamısı eyni cərrahi əməliyyatdan çıxıb oralarını-buralarını şişirdib xalqın qarşısına çıxırlar. Çünki onların xalqa təqdim etməyə sənətləri yoxdur. Ona görə də xalqa arxalarını, bədənlərinin ayrı-ayrı əzalarını göstərirlər.

Çox təəssüf ki, bəzilərinə də sənət yox, həmin qadınların arxa nayihəsi daha çox maraqlandırır. Ən pisi də odur ki, belələri təkcə el şənliklərini “bəzəmir”, həm də teleekranların dəyişməz qonaqlarıdır. Hansı televiziyanı açırsan, eyni simaları görürsən. Heç biri də oxuyanda tamaşaçıya baxmır, orasını-burasını göstərir”.

Müsahibimiz təəssüflə qeyd edib ki, mənəviyyatımıza qarşı başlanan bu “səlib yürüşü”nə qarşı heç bir müqavimət göstərilmir:

“Bir keçi oğurlayana 5 il cəza veririk. Amma xalqın mənəviyyatını, dəyərlərini məhv edənlər cəzasız qalır. Üstəlik, varımızı-yoxumuzu da onların yolunda xərcləyirik. Arxası tamaşaçıya oxuyanın hansını dindirsən, deyəcək ki, “mənim yarım saatım 3-5 min manatdır”. Ən pisi də odur ki, o pulu belələrinə verənləri də sənət, mənəviyyat yox, yüngül əyləncə maraqlandırır.

Bu gün baxsaq, arxası tamaşaçıya oxuyanların yarım saatına 3-5 min manat, muğam oxuyana isə 500 manat verirlər. Bax, bəla bundadır. Beləcə, həm mənəviyyatımız məhv olur, həm də yüngül musiqi ciddi musiqini tapdalayıb keçir. Belə olmaz...”

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO